İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bakıda ən son silahlarını NÜMAYİŞ ETDİRƏCƏK

"Rosoboronexport" sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək "ADEX 2026" beynəlxalq müdafiə sərgisində Rusiya hərbi texnikası və silahlarının ən son nümunələrini təqdim edəcək.

Musavat.com xəbər verir ki, şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, ekspozisiya Xəzər regionu ölkələri üçün təhdid və çağırışlar nəzərə alınmaqla hazırlanıb.

Stenddə "Lanset-E" kəşfiyyat-zərbə kompleksi, "S-350M-E" PUA-sı, həmçinin "Kalaşnikov" konserninin yeni məhsulları nümayiş olunacaq.

Konsernin xüsusi stendində "Kub" ailəsinə aid zərbə dronların (loiter ammunitions) tam ixrac çeşidi, "RUS-PE" daşınan kəşfiyyat-zərbə sistemi və "Skat-350M" kəşfiyyat PUA-sı təqdim ediləcək.

Hava hücumundan müdafiə (HHM) və dronlarla mübarizə seqmentində "Pantsir-S1M" zenit raket-top kompleksi, yeni "Citadel" zenit artilleriya kompleksi və "Radeskan" kompleksinin "Antidron" versiyası sərgilənəcək.

Həmçinin "Rosoboronexport" "İskəndər-E" əməliyyat-taktiki raket kompleksi, "Floks" və "Malva" özüyeriyən artilleriya qurğuları, eləcə də "Drok" özüyeriyən minomyotu daxil olmaqla, Quru Qoşunları üçün nəzərdə tutulmuş hərbi texnikaları təqdim edəcək.

Qeyd edək ki, ADEX dünya müdafiə sənayesinin aparıcı iştirakçılarını bir araya gətirən Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda ən böyük ixtisaslaşmış sərgidir. Tədbirdə dünyanın 29 ölkəsindən 270-dən çox şirkətin iştirakı, eləcə də 33 ölkədən 45 xarici nümayəndə heyətinin gəlməsi gözlənilir.

Sərgidə 14 ölkə: Azərbaycan, Böyük Britaniya, İsrail, İtaliya, Çin, Pakistan, Rusiya Federasiyası, Belarus, Rumıniya, Slovakiya, ABŞ, Türkiyə, Özbəkistan və Çexiya ayrı-ayrı pavilyonlarla təmsil ediləcək.

ADEX-2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR