Onlayn ictimai-siyasi qəzet
Taylandın paytaxtı Banqkokda güclü yağışlardan sonra bəzi küçələr su altında qalıb. Sel gündəlik həyatı çətinləşdirsə də, satıcılar müştərisiz qalmamaq üçün piştaxtalarını suyun kənarına daşıyıblar. Bəziləri mallarını plastik qutular və çəlləklər üzərində yerləşdirərək improvizə olunmuş “üzən bazar” qurub.
Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, şəhərin ən çox zərər görən ərazilərindən biri olan Banq Kapi məhəlləsində sakinlər ərzaq və gündəlik tələbat malları almaq üçün dizədək suya girərək hərəkət ediblər.
Satıcılardan Marisa Sinqprakxon müştərilər suya girmək istəmədiyi üçün özü küçənin su basmış hissəsində dayanıb satış etdiyini deyib.
Bu mənzərə ilk baxışda qeyri-adi bazar səhnəsini xatırlatsa da, arxasında ciddi fəlakət dayanır: Reuters yazır ki, Taylandda daşqınlar azı 8 nəfərin ölümünə, 580 mindən çox evin zərər görməsinə səbəb olub. Banqkokda minlərlə sakin təxliyə mərkəzlərinə yerləşdirilib.
@@TVmusavat/156288@@
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ