İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp azərbaycanlıları xilas etmir, İranın sərvətini istəyir    

“ABŞ, xüsusən də onun indiki lideri olaraq Donald Tramp İranı əldən vermək istəmir. Və sadəcə hansı yolla olursa-olsun, İranın sərvətlərini ələ keçirmək niyyətindədir. İranın əsas sərvəti neft və qazdır. Bundan əlavə, ölkədə çox zəngin qızıl, gümüş, mis və müxtəlif nadir metal yataqları da mövcuddur. Amerika bu sərvətləri ələ keçirmək istəyir. Məqsəd budur… Guya İran xalqını rejimdən xilas etmək istəyi isə pərdədir…”.

Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov moderator.az-a açıqlamasında bu fikirləri səsləndirib.

 “Amerika xeyli vaxtdır regiona müxtəlif silah-sursatlar, gəmi və təyyarələr göndərir, davamlı olaraq gərginlik yaradır. Əvvəl belə bir fikir var idi ki, bütün bunlar xox gəlmək üçündür və yaxın gələcəkdə rəsmi Tehran bu təzyiqlər qarşısında təslim olacaq. Amma indiki vəziyyətdə görünür ki, hələki İran öz mövqeyindən geri çəkilmir. Digər tərəfdən, İranın ballistik raketləri də onun əlində bir “kozır”dır. Çünki, ABŞ və İsrail də yaxşı bilir ki, əgər İran bu raketlərdən kütləvi şəkildə istifadə etsə, region, o cümlədən İsrail üçün nəticələri ağır ola bilər” deyə, o bildirib.

Yalanın ömrü 40 gün çəkir -

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında dedi ki, Amerikanın tarix boyu "demokratiya islahatları fonunda hərbi müdaxilə"si elə həmin ölkələrin təbii sərvətlərinə hesablanıb:


“ABŞ, tarixi Britaniya müstəmləkəçiliyini yeni formata keçirib. İraqda da belə idi, Kuveytdə də, Suriyada da bu cür olub. Hətta Ukrayna və Rusiya arasındakı savaşın alt qatında da məhz bu təbii sərvətlər amili dayanır. ABŞ müharibəni tez bir zamanda bitirməklə Rusiya və Ukraynanın təbii sərvətlərindən pay umur. İran üçün də ABŞ-ın planları demək olar ki, eynidir. Vaşinqton molla rejimi ilə şah rejimi arasında hər hansı fərq qoymur. Tramp və onun komandası üçün türk, bəluc, fars, kürd anlayışları hər hansı bir formada ayrıcalıq təşkil etmir. Birləşmiş Ştatların İranla bağlı öz maraqları var. ABŞ İran neftini, qazını və digər sərvətlərini ələ keçirmək niyyətindədir və amerikalılar bunu açıq şəkildə dilə gətirməkdən də çəkinmirlər. Bütün bunlara baxmayaraq, savaş gerçəkləşərsə, İran asan şəkildə təslim olmayacaq. Orta və uzaqmənzilli raketlərini havalandıracaq. Molla rejimi başa düşür ki, İsrail və ABŞ-a qarşı uzunmüddətli döyüş qabiliyyəti yox səviyyəsindədir. Ona görə də bütün raket sistemlərini eyni anda işə salaraq İsrail və ABŞ-ın çevrəsindəki bazalarına güclü şəkildə hücumlar reallaşdıracaq. Bu isə Vaşinqton və Tel-Əviv üçün arzuolunmaz nəticələr deməkdir. Digər tərəfdən, ABŞ Rusiya və Çin amilini də nəzərdən keçirir. Onların təpkiləri də regionu yenidən çalxalaya bilər”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR