Onlayn ictimai-siyasi qəzet
Ermənistanın dəmir yollarının gələcəyi ətrafında Moskva ilə Qərb arasında yeni qarşıdurma yaranıb.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Qərbin Ermənistanı Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı vəziyyətdə şantaj etdiyini bildirib.
Rusiya XİN-in mövqeyinə görə, Ermənistandan nəqliyyat sektorunda Rusiya faktorunu aradan qaldırmaq tələb olunur. Moskva bildirir ki, bunun müqabilində İrəvana çoxmilyonlu investisiyalar da daxil olmaqla müxtəlif iqtisadi imkanlar vəd edilir.
Məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya ölkənin dəmir yollarının idarə olunması üzrə konsessiya hüququnu üçüncü dövlətə satmağı təklif etməsindən sonra yenidən gündəmə gəlib.
Hazırda Ermənistanın dəmir yolu şəbəkəsi “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən idarə olunur. Bu şirkət “Rusiya Dəmir Yolları”nın törəmə strukturudur.
Rusiya XİN Ermənistan tərəfinin mövcud Rusiya konsessiyasının ölkənin müxtəlif beynəlxalq logistika təşəbbüslərinə qoşulmasına mane olduğu barədə arqumentlərini də rədd edib.
Nazirlik bu arqumentlərin reallığa qətiyyən uyğun olmadığını bildirib. Moskvanın mövqeyinə görə, mövcud konsessiya Ermənistanın beynəlxalq nəqliyyat və logistika layihələrində iştirakına mane olmur.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ