İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evdə tək”in əfsanəsi VƏFAT ETDİ

Dünya kinosunun məşhur simalarından biri, “Evdə tək 2” və “O” filmlərindəki yaddaqalan rolları ilə milyonların tanıdığı britaniyalı aktyor Tim Karri 80 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, aktyor xüsusilə Stiven Kinqin “O” (“It”) romanının 1990-cı il ekranlaşdırılmasında yaratdığı qorxunc kloun Pennivayz obrazı ilə dünya şöhrəti qazanıb.

Azərbaycan tamaşaçısı Tim Karrini “Evdə tək 2: Nyu-Yorkda itkin düşmüş” filmindən də yaxşı tanıyır. O, məşhur filmdə Kevin Makkallisterin qaldığı “Plaza” otelinin konsyerji mister Hektor obrazını canlandırıb. Aktyorun Kevinlə qarşılaşdığı səhnələr filmin ən yaddaqalan epizodları sırasındadır.

Tim Karrinin kino tarixində xüsusi yer tutan digər işi 1975-ci ildə ekranlara çıxan və sonradan kult statusu qazanan “The Rocky Horror Picture Show” filmində yaratdığı doktor Frank-N-Furter obrazıdır.

O, həmçinin “Clue”, “The Three Musketeers”, “Annie”, “The Hunt for Red October” və “Muppet Treasure Island” kimi ekran əsərlərində rol alıb. Karri kino və teatrla yanaşı, uzun illər səsləndirmə aktyoru kimi də çalışıb və çoxsaylı animasiya layihələrində iştirak edib.

2012-ci ildə Tim Karri ağır insult keçirib. Bundan sonra onun hərəkət imkanları ciddi şəkildə məhdudlaşıb və aktyor əlil arabasından istifadə etməyə başlayıb. Buna baxmayaraq, Karri yaradıcılıq fəaliyyətini tam dayandırmayıb, əsasən səsləndirmə ilə məşğul olub və müxtəlif ictimai tədbirlərdə görünməyə davam edib.

1946-cı il aprelin 19-da İngiltərədə anadan olan Tim Karri yarım əsrdən artıq davam edən karyerası ərzində kino, televiziya, teatr və səsləndirmə sahəsində onlarla yadda qalan obraz yaradıb.

Musavat.com

WhatsApp Image 2026-08-26 at 19.52.56.jpeg (32 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR