Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə ilə bağlı yeni açıqlama verib.
Musavat.com xəbər verir ki, Tonoyan nə müttəfiq (Rusiya) tərəfdən, nə də Baş Qərargah tərəfindən xəyanət gördüyünü bildirib.
Onun sözlərinə görə, müharibədən əvvəl qarşı tərəfin üstünlüyünün iki və ya üç dəfə olduğu hesab edilsə də, sonradan bəzi istiqamətlərdə qüvvələr nisbətinin 1-in 10-a olduğu məlum olub.
Keçmiş nazir qeyd edib ki, Ermənistan ordusunun vəziyyətini və döyüş qabiliyyətini yalnız 44 günlük müharibənin nəticələrinə əsasən qiymətləndirmək düzgün deyil. Tonoyanın fikrincə, həmin müharibə illərlə davam edə bilərdi.
“Mən xəyanət xarakterli addımlar görməmişəm. Ən azı belə hallardan xəbərim yoxdur”, - deyə o bildirib.
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ