İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə ermənilərin Türkiyə səfirliyi qarşısında aksiyası qadağan edildi

Gürcüstanda fəaliyyət göstərən erməni icmasının Türkiyənin səfirliyi qarşısında aksiya keçirmək planı baş tutmayıb.

Musavat.com xəbər verir ki, bu barədə icma idarə heyətinin üzvü Janeta Bağdasaryan açıqlama verib.

Onun sözlərinə görə, təşkilat nümayəndələri tədbirin başqa məkana köçürülməsi təklifini prinsipial şəkildə qəbul etməyiblər.

Bu səbəbdən icma mövcud şəraitdə ümumiyyətlə hər hansı aksiyanın keçirilməsindən imtina etmək qərarına gəlib.

Qeyd olunur ki, qərar təşkilat daxilində aparılan müzakirələrdən sonra verilib və yaxın müddətdə alternativ addımların atılıb-atılmayacağı ilə bağlı əlavə açıqlama verilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR