İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunda QALMAQAL - Qərargah rəisi SAXLANILDI

Ermənistanda Çambarak (Geğarkunik vilayəti) yaxınlığında çağırışçı əsgərin ölümü ilə bağlı açılan cinayət işi çərçivəsində batalyonun qərargah rəisi saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İnsidentdən əvvəl yeməkxanada hərbi qulluqçular arasında mübahisə baş verib və zabit onları "tərbiyəvi" məqsədlərlə qaçışa çıxarmaq qərarına gəlib.

Qaranlıqda keçirilən qaçış zamanı sürücülük vəsiqəsi olmayan müqaviləli hərbi qulluqçunun idarə etdiyi, faraları işləməyən köhnə yük maşını əsgəri vurub. Nəticədə 19 yaşlı Suren Vardanyan həyatını itirib.

Qeyd edək ki, son üç gün ərzində Ermənistan ordusunda ümumilikdə üç hərbi qulluqçu həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR