İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Kremldən Köçəryanın həbsinə REAKSİYA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın saxlanılması barədə xəbərləri şərh edib.

Musavat.com xəbər verir ki, Peskov keçirilən brifinqdə müvafiq sualı cavablandırarkən bu məsələyə toxunub:

"Hazırda Ermənistanda baş verən daxili siyasi hadisələr barədə şərh vermək istəməzdim. Orada çox mürəkkəb proseslər gedir. Yalnız ümid edirəm ki, baş verən hər şey qanuna ciddi şəkildə uyğun olaraq həyata keçiriləcək və respublikadakı siyasi prosesin bütün iştirakçılarının hüquqlarına hörmət ediləcək".

Xatırladaq ki, Ermənistanın Antikorrupsiya Məhkəməsinə sabiq prezident, "Ermənistan" blokunun lideri Robert Köçəryan da daxil olmaqla, altı nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verilib.

Keçmiş prezidentin oğlu Sedrak Köçəryan barəsində artıq 2 aylıq həbs qətimkan tədbiri seçilib. digər sabiq prezident Serj Sarkisyana isə ölkədən çıxışına qadağa qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR