İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Tatarıstanda ağır BOMBARDMAN - respublika MATƏM elan etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.

Tatarıstan rəhbərinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ukrayna Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirib, ölənlər var. Mətbuat xidmətindən həlak olanlarla bağlı Tatarıstanda matəm elan edildiyi bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Nijnekamska PUA hücumunda həlak olanların xatirəsinə matəm günü elan olunub.

Tatarıstana PUA hücumu nəticəsində 10 nəfər ölüb. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Hücumda daha 15 nəfərin yaralandığı bildirilir.

TVMusavat-ın bu gün canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi sabiq baş nazir Pənah Hüseynlə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR