İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: SEPAH hərəkətə keçdi - Şirazdan Təbrizə qədər RAKETLƏR DAŞINIR

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın bütün ərazisi boyunca ağır hərbi texnikanın kütləvi şəkildə yerini dəyişməyə başlayıb.

Musavat.com xəbər verir ki, İranın rəsmi media qurumlarının verdiyi məlumata görə, son saatlarda Şiraz, Abadan, Tehran, Xürrəmabad, Kirmanşah, İsfahan, Təbriz, Qum və ölkənin bir sıra digər bölgələrində raket buraxılış qurğularının, pilotsuz uçuş aparatları (PUA) daşıyan yük avtomobillərinin və digər hərbi texnikanın fəal hərəkəti qeydə alınıb.

Bundan əlavə, İranın bir neçə yeraltı "raket şəhərləri"ndə də qeyri-adi fəallığın olduğu bildirilir.

Bu addım ölkə miqyasında həyata keçirilən analoqsuz hərbi hazırlıqların bir hissəsi kimi qiymətləndirilir.

Daxil olan son məlumatlara əsasən, hazırda İranın müxtəlif bölgələrində yollar bağlanılır və yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR