İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur turizm mərkəzində HƏYƏCAN - Təcili xəxliyə başladı - VİDEO

Dünyanın ən aktiv və təhlükəli vulkanlarından biri hesab edilən Qvatemaladakı Fueqo vulkanı yenidən püskürüb.

Musavat.com "Mirror" nəşrinə istinadən xəbər verir ki, vulkanik aktivliyin artması ilə əlaqədar yerli hakimiyyət orqanları ölkə ərazisində ciddiliyinə görə ikinci səviyyə sayılan "narıncı" təhlükə həddi elan ediblər.

Eyni zamanda vulkanın ətəyində yerləşən yaşayış məntəqələrindəki sakinlərin təxliyəsinə başlanılıb.

Fueqo vulkanı Syerra-Madre dağ sistemində, Qvatemalanın ən populyar turizm mərkəzlərindən biri olan AntiQua şəhərindən təxminən 16 kilometr qərbdə yerləşir.

Fueqo demək olar ki, fasiləsiz aktivliyi ilə tanınır. Burada hər 15-20 dəqiqədən bir kiçik kül, tüstü atılmaları və zəif partlayışlar baş verir. Lakin irimiqyaslı püskürmələrə daha nadir hallarda rast gəlinir. Hazırkı püskürmə 2015-ci ildən bəri sayca 9-cu böyük püskürmə, son dörd ildə isə 3-cüdür.

Əvvəlki güclü püskürmələr 2023-cü ildə qeydə alınıb və o zaman təhlükəli zonadan 1700-ə yaxın insan təxliyə edilib. Ən faciəli hadisələrdən biri isə 2018-ci ildə yaşanıb. Lava axınları və piroklastik kütlələr yaxınlıqdakı yaşayış məntəqələrini bürüyərək 215 nəfərin həyatına son qoyub.

@@TVmusavat/152251@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR