Onlayn ictimai-siyasi qəzet
Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin birgə mətbuat konfransı keçirilir.
Musavat.com-un məlumatına görə, Ceyhun Bayramov bildirib ki, bugünkü görüşdə Azərbaycanla İsveçrə ikitərəfli münasibətləri, post-münaqişə dövrü və başqa məsələlər barədə fikir mübadiləsi aparılıb:
“İki ölkə arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda keçirilməsinin əhəmiyyəti vurğulandı. İqtisadi sahədə əməkdaşlıq barədə danışarkən 25 sənəd var. Bir sıra sənədlər işlənməkdədir. Yaxın zamanda bəzi razılaşmalar əldə olunacaq. Son 30 illik dövrdə İsveçrədən Azərbaycana 1.6 milyard, Azərbaycandan İsveçrəyə isə 2.3 milyard dollar həcmində investisiya edilib. Yanaşma kifayət qədr balanslıdır”.
Nazir qeyd edib ki, cari ildə iqtisadi komissiyanın 10-cu iclası keçiriləcək.
“Birgə biznes forumunun keçirilməsi də gündəmdədir”, - Ceyhun Bayramov əlavə edib.
Nigar Həsənli
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ