İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən İrana ŞOK TƏLƏB: Vaşinqton şərtləri açıqladı

ABŞ nüvə proqramı üzrə olası razılaşma çərçivəsində İrandan nüvə yanacağının durulaşdırılmasını (zəiflədilməsini) tələb edir.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton yanacağın hərbi məqsədlər üçün istifadəsini istisna edən səviyyəyə qədər durulaşdırılmasını tələb edir. Bundan sonra həmin materialın utilizasiya olunması və ya atom elektrik stansiyalarında yanacaq kimi istifadə edilməsi üçün ABŞ-yə və ya başqa bir ölkəyə təhvil verilməsi təklif olunur.

Qəzetin mənbələri İranın nüvə proqramı üzrə danışıqlar bərpa olunacağı təqdirdə belə, onların ən azı payıza qədər, bəlkə də daha uzun sürəcəyini qeyd edirlər. Rəsmilərin sözlərinə görə, bu proses mürəkkəb olacaq və tərəflərin mövqelərinin uzunmüddətli razılaşdırılmasını tələb edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR