Onlayn ictimai-siyasi qəzet
İranın Hörmüzqan əyalətində 4.1 maqnitudalı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 01:45 radələrində Fərqan şəhəri yaxınlığında qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik heç bir məlumat verilməyib.
Musavat.com
05 Avqust 2026
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ