İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ermənistanda BOMBA HƏYƏCANI - Polis qüvvələri hərəkətə keçdi

Ermənistan polisinə Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin mətbuat katibi Narek Sarkisyanın verdiyi məlumata görə, Hazırda polis qüvvələri hadisə yerindədir: "Səhər saat 08:50-də daxil olan məlumatdan sonra hava limanının ərazisi mühasirəyə alınıb, polis və digər xüsusi xidmət orqanları bu dəqiqələrdə ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirir.

O, qeyd edib ki, hava limanının əməkdaşları təxliyə edilib: "Hazırda hadisə yerində Ermənistan Daxili İşlər Nazirliyinin Gümrü Xilasetmə Xidmətinin yanğınsöndürənləri və istehkamları profilaktik işlər aparırlar."

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR