Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Yaxın Şərqə minlərlə hərbçi göndərməyi və İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pentaqonun yüksək rütbəli rəsmilərinə və məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Ağ Evdə müzakirə edilən əsas variantlardan biri tankerlərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməkdir.
Bu plan çərçivəsində əsas yükün aviasiya və donanmanın üzərinə düşəcəyi bildirilsə də, ABŞ hərbçilərinin İran sahillərinə çıxarılması (desant əməliyyatı) da istisna edilmir.
Planın ən kritik hissələrindən biri İranın neft ixracının 90%-nin keçdiyi Xark adası ilə bağlıdır. Mənbələr qeyd edib ki, ABŞ adanı məhv etmək deyil, onu tam nəzarətə götürmək variantına üstünlük verir. Raket və PUA zərbələri riskinin yüksək olmasına baxmayaraq, bu strateji nöqtənin ələ keçirilməsi prioritet hesab olunur.
Bundan əlavə, ABŞ hərbçilərinin İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək üçün xüsusi əməliyyat keçirməsi ehtimalı da müzakirə mövzusudur.
Qeyd olunur ki, hazırda bu müzakirələr ilkin xarakter daşıyır və quru qoşunlarının yeridilməsi ilə bağlı yekun qərar hələ verilməyib.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ