Onlayn ictimai-siyasi qəzet
Suriyada kürdlərin Suriya Demokratik Qüvvələri (SDF) hərbi qruplaşmasının ləğvi prosesi tam başa çatıb.
Musavat.com xəbər verir ki, qərarı qruplaşmanın komandiri Məzlum Əbdi açıqlayıb.
Onun açıqlamasını Suriyanın SANA Dövlət agentliyi yayıb. Əbdi qruplaşmanın Suriya ordusuna inteqrasiya olunduğunu elan edib.
Kürd komandir prezident Əhməd əl-Şaraa ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında çıxış edərək bildirib: "Biz Suriya tarixində sülh, sabitlik və yenidənqurma fəsli açırıq və SDF-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sonunu tam məsuliyyətlə elan edirik".
Əbdi qeyd edib ki, SDF döyüşçülərinin Suriya ordusu briqadalarına daxil edilməsi prosesi başa çatıb. Suriyanın şimal-şərqindəki kürd muxtariyyəti ilə bağlı o, "bütün qurulmuş özünüidarəetmə qurumlarının dövlət aparatının bir hissəsinə çevriləcəyini" bildirib: "Biz bütün xalqı üçün yeni bir Suriya qurmaq istəyirik: ərəblər, assuriyalılar, kürdlər və türkmənlər. Bizə uşaqlarının gələcəyini qoruyacaq və xalqı üçün ləyaqətli bir həyat təmin edəcək vahid və sabit bir Suriya lazımdır."
Əbdi SDF ilə Dəməşqdə hökuməti arasında 10 mart 2025-ci ildə imzalanmış müqavilənin icrasının yekunlaşdığını, kürdlərin Suriyada ana dilində təhsil ala biləcəklərini vurğuladı.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ