Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ-ın Qrenlandiyaya hücum edəcəyi təqdirdə NATO-nun mövcudluğunu itirə biləcəyi barədə xəbərdarlıq edən danimarkalı həmkarı Mette Frederiksenə dəstək verib.
Musavat.com xəbər verir ki, Starmer mövqeyini "Sky News" telekanalına açıqlamasında ifadə edib.
“Danimarka Avropada yaxın müttəfiqimizdir, NATO üzrə də yaxın tərəfdaşımızdır. Buna görə də Qrenlandiyanın gələcəyi Danimarka Krallığına və yalnız onlara məxsus olmalıdır”, - deyə o vurğulayıb.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ