İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyanın nəhəng neft zavodu və logistika mərkəzləri VURULDU - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski ölkə qüvvələrinin Rusiyanın dərinliklərində yerləşən strateji və logistik obyektlərə növbəti zərbələr endirdiyini bildirib.

Musavat.com xəbər verir ki, Ukrayna dövlət başçısının sözlərinə görə, cəbhə xəttindən 500 kilometrdən 1300 kilometrədək məsafədə yerləşən Sarapul, Kazan və Volqoqrad şəhərlərindəki üç logistika mərkəzi hədəfə alınıb.

Bundan əlavə, Krasnodar diyarındakı dəniz terminalı, Volqoqrad vilayətində yerləşən neftayırma zavodu, eləcə də Azov dənizi akvatoriyasındakı bir sıra hədəflər də dəqiq zərbələrlə vurulub.

Məlumata görə, Ukrayna tərəfi Rusiyanın hərbi təchizat zəncirini və yanacaq infrastrukturunu sıradan çıxarmaq məqsədilə uzaq məsafəli PUA-lardan istifadə etməyə davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR