İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: 84 yaşlı tanınmış şair dənizdə boğuldu - FOTO

Türkiyənin Çorumun şəhərinin Kuşsaray kəndindən olan tanınmış şair, yazıçı və mədəniyyət xadimi Qazi Atçal Muğlanın Milas rayonunda dənizdə boğularaq həyatını itirib.

84 yaşlı Qazi Atçal Almaniyanın Frankfurt şəhərində yaşayırdı.

O, Muğlanın Milas rayonundakı Kazıklı kəndi sahilində dənizə girib. Üzərkən suda boğulan Atçalın həyatını itirdiyi bildirilib.

Qazi Atçalın vəfatı ailəsini, qohumlarını və onu tanıyanları kədərə qərq edib.

Atçal doğulduğu Kuşsaray kəndinin tanınmış simalarından biri olmaqla yanaşı, şair və yazıçı kimi də ədəbi-mədəni mühitdə özünəməxsus yer tutub.

Qazi Atçalın dəfn mərasimi bu gün – 15 avqust 2026-cı il, şənbə günü saat 14:00-da Kuşsaray kənd qəbiristanlığında, günorta namazından sonra keçiriləcək./nocomment.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR