Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, "əlverişli vaxtda" Bakıya səfər etməyə hazırdır.
Musavat.com xəbər verir ki, Simonyan hələlik Azərbaycandan rəsmi dəvət almadığını, lakin belə bir təklif olsa, onu nəzərdən keçirəcəyini deyib.
Parlament sədri həmçinin qeyd edib ki, azərbaycanlı həmkarı, Milli Məclisin spikeri Sahibə Qafarovanı İrəvana dəvət etməyə hazırdır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ