Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan konserti ilə bağlı arzularından birini dilə gətirib.
Musavat.com xəbər verir ki, jurnalistlərin suallarına cavab verən sənətçi arzularından birinin aktyor Kamran Ağabalayevin konsertində səhnəyə çıxması olduğunu açıqlayıb:
“Kamranı həm aparıcı, həm aktyor kimi sevirəm. Bizə maşallah olsun ki, ölkəmizdə belə istedadlı adam var. Konsertə hazırlaşan zaman Kənan Bayramova dedim ki, arzularımdan biri səhnəmdə Kamranın danışmasıdır. Səhnəyə çıxıb sadəcə bir söz desin. Onun səsi mənə rahatlıq verir”.
Xalq artisti Röya Ayxanın konsertinin aparıcılığını edən Kamran Ağabalayev atdığı addımla tamaşaçıları təəccübləndirib. O, sənətçinin mahnılarının sözlərindən ibarət hazırlanan şeir deməsi ilə diqqət çəkib.
Könül
Musavat.com
29 Avqust 2026
08:51 ABŞ-da Sorosun təşkilatlarının maliyyə fəaliyyəti yoxlanacaq – Nazirlik xüsusi plan hazırlayıb
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ