İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalar birdən-birə ləğv edildi: Vaşinqtondan Moskva ilə bağlı sürpriz qərar

ABŞ Maliyyə Nazirliyi gözlənilməz addım ataraq Rusiya bayraqlı üç gəmini sanksiya siyahısından çıxarıb. Musavat.com xəbər verir ki, qərar çərçivəsində FESCO MONERON, FESCO MAGADAN və SV NIKOLAY adlı gəmilər artıq məhdudiyyətlərdən azad edilib.

Məlumata görə, sözügedən gəmilər daha əvvəl ABŞ-nin sanksiya siyahısında yer alırdı və onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılmışdı. Lakin son yenilənmədə bu gəmilərin siyahıdan çıxarılması Vaşinqtonun siyasətində mümkün dəyişiklik kimi qiymətləndirilir.

Diqqət çəkən məqam isə odur ki, ABŞ tərəfi bu qərarın səbəbləri barədə hər hansı rəsmi izahat verməyib. Bu isə ekspertlər arasında müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub.

Qeyd edək ki, hər üç gəmi Rusiya bayrağı altında fəaliyyət göstərir və beynəlxalq daşımalarla məşğuldur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR