Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul 2025-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ilk görüşü zamanı Avropa siyasətçilərini "qorxaqlar dəstəsi" adlandırıb.
Musavat.com xəbər verir ki, bunu Koul özü "The New York Times" (NYT) qəzetinə verdiyi müsahibədə deyib: "O (Lukaşenko – red.) onlara (Avropa liderlərinə – red.) çox qəzəbliydi, ona görə də mən "onlar qorxaqlar dəstəsidir" dedim". Qəzet qeyd edir ki, Koul daha sərt bir söz işlədib.
Koul isə məqsədinin Lukaşenkonun rəğbətini qazanmaq olduğunu deyib: "Bilirdim ki, o, məhz bunu eşitmək istəyirdi, vəziyyəti sakitləşdirmək üçün bir şey. Bundan sonra onun məndən xoşu gəldi, amma avropalıların xoşu gəlmədi."
Amerika nümayəndəsi qeyd edib ki, əslində Avropa liderlərinə münasibətdə daha çox fərqli baxışa malikdir.
2025-ci ilin sentyabr ayından bəri Koul Lukaşenko ilə danışıqlar aparmaq üçün Minskə bir neçə dəfə uçub. 2026-cı ilin iyun ayının ortalarında o, tezliklə yenidən Minskə səfər edə biləcəyini açıqlayıb.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ