İnsanlara hürriyət, millətlərə istiqlal!

Kompüterin içində insanın beyin hüceyrələri - texnologiya işə düşdü

Sinqapurda adi kompüter çipləri ilə biologiyanın birləşdirildiyi qeyri-adi data-mərkəz prototipi işə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Next Web” məlumat yayıb.

Prototip 20 ədəd CL1 biokompüterindən ibarətdir. Bu sistemlərdə kök hüceyrələrdən yetişdirilmiş canlı insan beyin hüceyrələrindən – neyronlardan istifadə olunur. Onlar elektron avadanlıqla birləşdirilərək məlumatların emalı və öyrənmə proseslərində iştirak edir.

CL1 biokompüterlərini Avstraliyanın “Cortical Labs” şirkəti hazırlayıb. Sinqapurdakı layihə NUS Medicine və “DayOne” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Məlumata görə, bütün kompleks təxminən 800–1000 vatt enerji sərf edir. Bir CL1 qurğusunun özünün enerji sərfiyyatı isə təxminən 25 vattdır.

Texnologiyanın gələcəkdə dərmanların hazırlanması və sınaqdan keçirilməsi, robototexnika, süni intellekt və kibertəhlükəsizlik kimi sahələrdə tətbiqi nəzərdə tutulur. Canlı beyin hüceyrələrinin uyğunlaşmaq və öyrənmək qabiliyyətindən yeni hesablama üsullarının yaradılmasında istifadə edilməsi planlaşdırılır.

Mütəxəssislər üçün əsas suallardan biri də canlı insan beyin hüceyrələrinin uzun müddət sabit şəraitdə saxlanılması və belə sistemlərin böyük miqyasda tətbiqinin mümkün olub-olmamasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR