İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada DƏHŞƏT: Yaşayış binası vuruldu - Ölən var

Rusiyanın Volqoqrad şəhərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Musavat.com xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, həlak olan qadının meyiti Krasnoarmeyski rayonunun Bulatkin küçəsində yerləşən yaşayış binasının dağıntıları altında aşkar edilib.

Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR