İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya OD içində: 4 region vuruldu, bina bombalandı, ölənlər var

Rusiyanın Volqoqrad şəhərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Musavat.com xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib. Onun sözlərinə görə, həlak olan qadının meyiti Krasnoarmeyski rayonunun Bulatkin küçəsində yerləşən yaşayış binasının dağıntıları altında aşkar edilib.
Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərində yerləşən "LUKOIL-Volqoqradneftepererabotka" neft emalı zavoduna zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində obyektə birbaşa dəymə qeydə alınıb və müəssisənin ərazisində yanğın baş verib.
Bildirilib ki, "LUKOIL-Volqoqradneftepererabotka" Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavodun illik emal gücü təxminən 15 milyon ton neft təşkil edir. Müəssisədə avtomobil benzini, dizel və aviasiya yanacağı istehsal olunur, həmçinin Rusiya Silahlı Qüvvələrinin yanacaq təminatında iştirak edir.
Ukrayna Baş Qərargahı əlavə edib ki, eyni gecə işğal altında olan Luqansk vilayətinin Holubovka yaşayış məntəqəsi yaxınlığında Rusiyaya məxsus "Pole-21" radioelektron mübarizə (REM) kompleksi, Krımın Naumka rayonunda sursat anbarı, həmçinin Donetsk vilayətinin işğal altındakı Baxmut istiqamətində yerləşən komanda idarəetmə məntəqəsi də vurulub.
“Rusiyanın təcavüzünə xidmət edən infrastruktur obyektlərinə qarşı uzaq və ortamənzilli zərbələrimizi davam etdiririk”.
Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Uzaqmənzilli zəbər kampaniyası çərçivəsində endirdiyimiz zərbələr Rusiya hərbi maşınının öz resurslarını itirməsi baxımından həmişə ədalətli cavabdır.
Xüsusilə, bu gün Rusiyanın müxtəlif regionlarında yerləşən üç logistika mərkəzinə qarşı müvafiq əməliyyat həyata keçirilib: Sarapul, Kazan və Volqoqradda - təxminən 500 kilometrdən 1300 kilometrə qədər məsafədə.
Krasnodarda dəniz terminalı vurulub. Obyekt cəbhə xəttindən təxminən 270 kilometr məsafədə yerləşir. Həmçinin təmas xəttindən təxminən 480 kilometr məsafədə yerləşən Volqoqrad vilayətindəki neft emalı zavodu da vurulub. Azov dənizinin akvatoriyasında da hədəflərə zərbələr endirilib”, - dövlət başçısı bildirib.

TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR