Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın dövlət katibi Marko Rubio Prezident Donald Trampın dünya liderləri ilə ünsiyyət metoduna dair sensasiyalı şərh verib.
Musavat.com xəbər verir ki, Rubio Trampın hər hansı bir görüşü "güzəşt" kimi deyil, "problemin həlli yolu" kimi gördüyünü vurğulayıb.
Dövlət katibi İranla bağlı mümkün dialoq ehtimalını belə şərh edib:
"Əgər Ayətullah sabah çıxıb Trampla görüşmək istədiyini desəydi, Tramp bu görüşə gedərdi. Bu o demək deyil ki, o, Ayətullahın fikirləri ilə razıdır. Xeyr! Sadəcə Tramp hesab edir ki, dünyadakı ən mürəkkəb problemlər məhz belə — birbaşa görüşlərlə həll olunur".
"Görüşmək geri çəkilmək deyil"
Rubionun sözlərinə görə, Tramp administrasiyası üçün diplomatik təmaslar zəiflik əlaməti deyil:
Regionda gərginlik və "İkinci Aviadaşıyıcı"
Maraqlıdır ki, bu açıqlama ABŞ-ın bölgəyə ikinci aviadaşıyıcı qrupunu göndərdiyi və Trampın İran xalqının azadlığına dəstək verdiyi bir vaxta təsadüf edir. Analitiklər hesab edir ki, Rubio bu çıxışı ilə İrana "qapımız açıqdır, amma şərtlərimiz sərtdir" mesajını verir. Tramp administrasiyası bir tərəfdən hərbi təzyiqi artırır, digər tərəfdən isə "ən yüksək səviyyədə" danışıqlar masasını təklif edir.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ