Onlayn ictimai-siyasi qəzet
Ağ Ev ABŞ Dövlət katibi Marko Rubioya 55 illik yubileyi münasibətilə maraqlı hədiyyə təqdim edib.
Musavat.com Axios-a istinadən xəbər verir ki, hədiyyə Rubionun özünün təsvir olunduğu 68 internet memindən ibarət kollajdır. Memlər 28 fevral 2025-ci ildə Oval Ofisdə keçirilən görüşdən ilhamlanıb. Həmin görüşdə Donald Tramp və vitse-prezident Venslə Ukrayna prezizidenti Vladimir Zelenski arasında siyasi qalmaqal yaşanıb. Görüş zamanı Tramp və Vens Zelenskiya hücum edərkən Rubio divanda səssizcə oturub. O vaxtdan bəri, Dövlət katibinin müxtəlif obrazlarda - Kiss üzvündən samuraya qədər - memləri internetdə yayılıb.
Bulwark naşiri Sara Lonqvel bunu "memlərin siyasətçinin xeyrinə işlədiyi ilk hallardan biri" adlandırıb.
Musavat.com
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ