İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo qərarını açıqladı

Kristiano Ronaldo 2026-cı il dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, Portuqaliya millisinin 41 yaşlı kapitanı ABŞ-nin Dallas şəhərində jurnalistlərə açıqlamasında bu dünya çempionatının onun futbolçu karyerasındakı son mundial olacağını bildirib.

“Bəli, bu mənim sonuncu dünya çempionatım olacaq. Gəlin sadəcə bundan zövq alaq”, – deyə Ronaldo vurğulayıb.

Beşqat “Qızıl top” sahibi olan ulduz futbolçu əlavə edib ki, hazırda bütün diqqətini turnirdə uğurlu çıxışa yönəldib və milli komanda ilə mümkün olan ən yüksək nəticəni əldə etməyə çalışır.

Ronaldo peşəkar karyerası ərzində beş dünya çempionatında iştirak edib və futbol tarixinin ən məşhur oyunçularından biri kimi tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2026

06 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR