İnsanlara hürriyət, millətlərə istiqlal!

Regional böhranda Bakı mərkəzi rol oynadı – Rusiya rəsmisindən etiraf

Overçukdan Bakıya təşəkkür: “Azərbaycanın dəstəyi yüksək qiymətləndirilir”

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanın göstərdiyi münasibət və dəstəyə görə təşəkkür edib.

Musavat.com xəbər verir ki, o, Azərbaycanın rusiyalıların sərhəddən keçidinə yardımçı olduğunu və humanitar yanaşma sərgilədiyini bildirib.

Overçuk vurğulayıb ki, Azərbaycan çətin şəraitdə operativ və konstruktiv mövqe nümayiş etdirib. Onun sözlərinə görə, sərhəd keçid məntəqələrində yaradılan şərait və koordinasiya prosesi yüksək qiymətləndirilir. 

Son günlər Azərbaycan təkcə Rusiya vətəndaşlarının deyil, digər ölkələrin vətəndaşlarının da İrandan Azərbaycan sərhəd-keçid məntəqələri vasitəsilə təxliyyə edilməsində mühüm rol oynayıb. Bu istiqamətdə görülən işlər regionda humanitar əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR