İnsanlara hürriyət, millətlərə istiqlal!

Region Ermənistandan bunu gözləyir – İrəvana MESAJ

“Ermənistan seçkilərinin nəticələri demək olar ki, aydındır. Seçkilərin qalibi indiki baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadır. Amma hesab edirəm ki, qalib gələn Paşinyanın partiyası deyil”.

Bunu Musavat.com-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirib.

1780388323279691687_1200x630.jpg (360 KB)

Milli Məclisin üzvü qeyd edib ki, qalib gələn Ermənistan cəmiyyətində formalaşan yeni düşüncədir:

“Uzun müddət Ermənistan cəmiyyəti anti-türkçülük, Azərbaycan torpaqlarına iddia və özünün yalançı “milli üstünlüyü”nün təsiri altında idi. Eyni zamanda xarici qüvvələrin təhriki və dəstəyi ilə onlar uzun müddət həmin o qüsurlu, ziyanlı ideologiyanı həyata keçirməyə çalışdılar. Ancaq Azərbaycan dövlətinin müstəqilliyi, Ulu Öndər Heydər Əliyevin, sonra isə cənab Prezidentin siyasi xətti bu ideologiyanı məhv etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, Azərbaycan öz suverenliyini müdafiə etmək gücündə olduğunu göstərdi. Müəyyən müqavimət göstərsələr də, erməni cəmiyyəti artıq yeni düşüncəyə ehtiyac olduğu qənaətinə gəldi. Əvvəlcə xalq hərəkatı Nikol Paşinyanı hakimiyyətə gətirdi. Sonra isə hakimiyyət sükanının Paşinyana verilməsi onu göstərir ki, Ermənistan cəmiyyəti artıq daşnak ideologiyasından bezib. İlk növbədə bu ideologiyanın ermənilər üçün hansı faciəli nəticələr doğurduğunun artıq fərqindədir”.

Aydın Mirzəzadənin fikrincə, Ermənistan cəmiyyətinin əksəriyyəti artıq Azərbaycan və Türkiyə ilə dostluq, onlarla mehriban qonşuluq münasibətləri yaratmağın Ermənistan üçün yeganə çıxış yolu olduğu qənaətinə gəlib:

“Seçkidən əvvəl Paşinyanın seçki mitinqinə Ermənistanda görünməmiş sayda insanın toplaşması onu göstərir ki, Ermənistan cəmiyyəti yenilik istəyir və bu yenilik Azərbaycanla mehriban qonşuluqdan, sülh müqaviləsinin bağlanmasından keçir. Amma Azərbaycan bunu avtomatik etməyəcək. Ermənistan öz konstitusiyasını dəyişməlidir. Orada olan Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Ermənistan cəmiyyəti təkcə bu seçkinin nəticələri ilə kifayətlənməməli, seçkinin nəticələrinə söykənərək faşist ideologiyası daşıyan ünsürlərin Ermənistanda zərərsizləşdirilməsini də həyata keçirməlidir”.

Deputat hesab edir ki, Ermənistan Cənubi Qafqazda əbədi sülhə öz töhfəsini verməlidir:

“Region Ermənistandan bunu gözləyir. Bu, Ermənistanın özünün də xilası deməkdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR