İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə də güclü zəlzələ oldu

İranın Xuzistan əyalətində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:55-də Xuzistanın Salənd rayonunda baş verib. Zəlzələnin ocağının 8 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

Yeraltı təkanlar əyalətin inzibati mərkəzi Əhvazla yanaşı, Əndimeşk və Dezful şəhərlərində də hiss olunub.

Hazırda dağıntı və insan itkisi barədə rəsmi məlumat verilməyib./KONKRET.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR