Onlayn ictimai-siyasi qəzet
Yəməndə hərbi-siyasi böhran kəskinləşməkdə və tərəflər arasında qarşılıqlı zərbələrin miqyası genişlənməkdə davam edir.
Musavat.com xəbər verir ki, BMT və beynəlxalq aləm tərəfindən tanınan Yəmən Mərkəzi Hökumətinin nəzarətində olan strateji Moxa şəhəri "Ənsar Allah" (husilər) həərəkatının kütləvi raket və dron hücumuna məruz qalıb. Səhər saatlarında şəhər mərkəzində və sahil zolağında ard-arda bir neçə güclü partlayış səsi eşidilib, ərazidə həyəcan siqnalı qaldırılıb.
Yerli hərbi və təhlükəsizlik mənbələrinin yaydığı məlumata görə, hücum Taiz vilayətinin husilərin nəzarətində olan dağlıq ərazilərindən həyata keçirilib. Düşmən tərəf şəhərə eyni vaxtda ən azı 5 ballistik raket və çoxsaylı kamikadze dronları buraxıb.
Raketlərdən birinin birbaşa Qırmızı dəniz sahilində yerləşən və vacib dəniz qovşağı sayılan Moxa limanı ərazisinə, digərinin isə şəhərin yaşayış və mülki infrastruktura yaxın obyektlərindən birinə düşdüyü təsdiqlənib.
Şəhər Hərbi Komandantlığı və təcili yardım xidmətləri zərbə dəymiş nöqtələrdə axtarış-xilas etmə işlərinə başlayıb. Zərbələr nəticəsində yaranan tələfat, yaralıların sayı və dağıntıların dəqiq miqyası rəsmi qurumlar tərəfindən araşdırılır.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ