İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda Ukrayna müharibəsində iştirak edənlərə qarşı 700-dən çox cinayət işi açıldı

Musavat.com xəbər verir ki, Qazaxıstanda Ukraynaya qarşı müharibədə iştirak edən şəxslərlə bağlı bir il ərzində 700-dən çox cinayət işi başlanıb. Bu barədə Mediazona nəşri rəsmi statistikaya istinadla yazıb.

Nəşrin araşdırmasına görə, yaxın vaxtlara qədər Qazaxıstan hakimiyyəti əsasən vətəndaşları xarici müharibələrdə iştiraka görə mümkün cinayət məsuliyyəti barədə xəbərdar etməklə kifayətlənirdi və açılan işlərin sayı ildə bir neçə onluqdan artıq olmurdu. Lakin 2025-ci ilin əvvəlindən vəziyyət kəskin şəkildə dəyişib.

Məlumata görə, Rusiya ordusuna cəlb edilən Qazaxıstan vətəndaşları barəsində iki maddə üzrə cinayət işləri açılır: xarici dövlətin ərazisində müharibədə iştirak və muzdluluq. Məhkəmələr həmin şəxslərə əsasən 4,5 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası verirlər.

Məqalədə Rusiyanın tərəfində döyüşən Qazaxıstan vətəndaşlarının dəqiq sayı göstərilmir. Bununla belə, Mediazona indiyədək Ukrayna müharibəsində təxminən 200 Qazaxıstan vətəndaşının və ya Qazaxıstan əsilli şəxsin həlak olduğunu təsdiqlədiyini bildirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR