Onlayn ictimai-siyasi qəzet
Artvinin Hopa rayonunda qaya kütlələrinin yamacdan qoparaq yük maşınlarının yerləşdiyi dayanacağa düşüb.
Bu barədə Türkiyə mətbuatı yazıb
Səhər saatlarında baş verən hadisədə bir neçə yük maşını zərər görüb. Məlumatdan sonra hadisə yerinə AFAD, Hopa Axtarış və Xilasetmə (HOPAK), yanğınsöndürmə idarəsi, polis, jandarma və səhiyyə qrupları göndərilib. Təhlükəsizlik tədbirləri görüldükdən sonra qruplar ərazidə axtarış-xilasetmə və dağıntıların təmizlənməsi əməliyyatlarına başlayıblar.
Hadisə zamanı öz avtomobilini xilas etdikdən sonra dostlarına kömək etməyə çalışan 45 yaşlı Qasım Topaloğlu ikinci sürüşmə zamanı başına daş dəyməsi nəticəsində yerindəcə ölüb./Unikal/
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ