Onlayn ictimai-siyasi qəzet
Qanalı cadugər 2026-cı il Dünya Kubokunda komandaların oyunundan əvvəl İngiltərənin hücumçusu Harri Keyni tilsimləyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ofsunçu Nana Kvaku Bonsam 2026-cı il Dünya Kubokunda komandaların oyunundan əvvəl İngiltərənin hücumçusu Harri Keyni tilsimləyib. O, bu barədə Daily Star qəzetinə danışıb.
Bonsam İngiltərə oyunçusunu dayandırmaq niyyətində olduğunu bildirib. "Ona ciddi zədə arzulamıram. Onu ölkəmə qarşı dayandıran hər şey kifayət edəcək. Qanaya kömək etmək üçün öz işimi görəcəyəm", - öz qara magiyasına inanan Bonsam bildirib.
Mundialın qrup mərhələsinin ikinci oyunun İngiltərə və Qana arasında 23 iyunda keçiriləcək. Hər iki komanda turnirdə ilk oyunda qələbə qazanıb.
2014-cü il dünya çempionatında Qana Portuqaliya, ABŞ və Almaniya ilə bir qrupda oynayıbı. Turnir başlamazdan bir müddət əvvəl Portuqaliya hücumçusu Kriştiano Ronaldo zədə alıb və Bonsam bunun məsuliyyətini öz üzərinə götürüb. Hücumçu Qana ilə oyuna (2-1) qədər vaxtında sağalıb və qol vurub.
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ