İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibaf Çinə təşəkkür etdi

İran ABŞ-ın Tehrana qarşı sanksiya təzyiqini artırmaq planlarına qarşı çıxan Çinin mövqeyini alqışlayır.

Musavat.com xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf X hesabında yazıb: "Biz Çinin İrana qarşı qanunsuz sanksiyaları rədd etmək sahəsindəki prinsipial mövqeyini alqışlayırıq".

Qalibaf Tehran və Pekin arasındakı münasibətləri "hərtərəfli strateji tərəfdaşlıq" adlandırıb: "Bu cür münasibətləri inkişaf etdirmək üçün heç kimin icazəsinə ehtiyacımız yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl Çin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyaların tətbiqinə qarşı olduğunu bildirib. Nazirlik həmçinin Pekinin ticarət maraqlarını müdafiə etməyə hazır olduğu barədə xəbərdarlıq edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR