Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Superkubokunun finalında əzəli rəqiblər – "Qalatasaray" və "Fənərbağça" üz-üzə gəlib. "Fənərbağça" 2:0 hesablı qələbə ilə Superkuboka sahib çıxıb.
Musavat.com xəbər verir ki, matç boyunca bütün azarkeşlər bu maraqlı qarşılaşmanın həyəcanını yaşayıb.
Lakin finalı izləyən türkiyəli yanğınsöndürənlər də sosial medianın müzakirəsinə səbəb olan maraqlı anlar yaşayıblar. Belə ki, matç zamanı yanğın siqnalı verilib və yanğınsöndürənlər oyunu yarımçıq qoyub saniyələr içində hadisə yerinə yollanıblar.
Bununla bağlı maraqlı anlar kameralar tərəfindən qeydə alınıb.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ