İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin iqamətgahına HÜCUMA Kremldən REAKSİYA: QİSAS ALINACAQ!

 

Ukraynanın prezident Vladimir Putinin dövlət iqamətgahına hücumuna Rusiyanın cavabı diplomatik olmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun özlərinə görə, Ukrayna Rusiyanın diplomatik cavabına ümid etməməlidir. "Qoy, Kiyev ümidlənməsin", - Rusiya XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov Ukrayna qüvvələrinin dekabrın 29-da Putinin Novqorod vilayətindəki iqamətgahına PUA zərbələri endirməyə cəhd etdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri 91 pilotsuz uçuş aparatını vurub. Vəziyyəti şərh edən Lavrov qeyd edib ki, Kiyevin hərəkətləri Moskva tərəfindən cavabsız qalmayacaq.

Ukrayna lideri Volodimir Zelenski Putinin iqamətgahına hücumda Ukraynanın iştirakını təkzib edib. O bildirib ki, bu rəsmi Moskvanın ABŞ ilə Ukrayna arasında baş tutan son danışıqlarda əldə olunan razılaşmaları pozmaq cəhdidir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Qədir Aslanla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR