İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev: “Təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər” - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəlişin həm siyasi, həm də strateji baxımdan ölkəmizə qarşı böyük ədalətsizlik olduğunu bildirib.

Musavat.com xəbər verir ki, İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə həmin dövrdə Azərbaycanın siyasi və diplomatik idarəçiliyinin acınacaqlı vəziyyətdə olduğunu deyib.

"Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular.

Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular", - İlham Əliyev qeyd edib. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR