İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis Sabunçu və Yasamalda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var

Paytaxtın müxtəlif ərazilərində qeydə alınan oğurluq hadisələrinin üstü polis əməkdaşları tərəfindən açılıb.

Musavat.com xəbər verir ki, Sabunçu rayonunda yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov müəyyən edilərək saxlanılıb.

Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Məmmədova saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR