İnsanlara hürriyət, millətlərə istiqlal!

Pirəküşküldə güclü partlayış səslərinin səbəbi bəlli oldu

Bu gün səhər saat 8.00-dan başlayaraq saat 15.00-dək Pirəküşkül qəsəbəsi istiqamətindən güclü partlayış səsləri eşidilib. Fasilələrlə olan partlayış güclü olması yaxınlılqdakı evlərdə və qəsəbələrdə pəncərələri silkələdiyi bildirilir.

Sakinlərin Musavat.com-a verdiyi məlumata görə, 7 saat fasilələrlə davam edən güclü partlayış səsləri onlarda narahatlıq yaradıb.

Musavat.com-un araşdırması nəticəsində məlum olub ki, Müdafiə Nazirliyinin öncədən planlaşdırıldığı qrfafikə uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığında planlı məhvetmə işləri aparılıb. İstismar müddətini başa vurmuş və istifadəyə yararsız hesab edilən döyüş sursatlarının təhlükəsizlik tələblərinə uyğun şəkildə xüsusi poliqonda zərərsizləşdirilməsi vaxtaşırı həyata keçirilir. Bugünkü zərərsizləşdirilmə tədbiri də bu qəbildən aparılan planlı tədbir olub və heç bir narahatçılığa əsas yoxdur. Bu cür tdəbirlərin keçirildiyi vaxtlarda ərazidən partlayış səslərinin eşidilməsi normaldır. Bununla əlaqədar olaraq vətəndaşlardan narahatlıq keçirmələrinə əsas yoxdur.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR