İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekindən Vaşinqtona sərt ittiham: ABŞ Rusiyanın neft tankerini ələ keçirməklə beynəlxalq hüququ tapdaladı

Çin ABŞ-ın Atlantik okeanında Rusiyaya məxsus neft tankerini ələ keçirməsini beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-ın bu addımı beynəlxalq hüquq normalarına ziddir və qlobal sabitliyə zərər vurur. Mao Nin eyni zamanda Pekinin Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşı olduğunu da vurğulayıb.

“Çin birtərəfli sanksiyalara və beynəlxalq hüquqa zidd addımlara qarşıdır”, – deyə XİN rəsmisi bildirib.

Musavat.com

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR