Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı məhdudiyyətlər məkanına çevrilməməli və Ermənistana digər ölkələrlə əlaqələri inkişaf etdirməyi, eləcə də yeni ticarət-iqtisadi imkanlar axtarmağı qadağan etməməlidir.
Bununla yanaşı, Paşinyan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqında eyni vaxtda üzvlüyün mümkün olmadığını da etiraf edib.
Lakin o vurğulayıb ki, Avropaya inteqrasiya uzunmüddətli strategiya olaraq qalır, Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsi isə bu gün gündəlikdə deyil.
Musavat.com
08 Avqust 2026
07 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ