Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında ikinci səsverməyə çıxarılıb.
Musavat.com-un xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri prosedur qaydaya uyğun şəkildə sənədin müzakirəyə çıxarıldığını vurğulayaraq detallar barədə məlumat verib.
Qeyd edək ki, layihəyə əsasən, ombudsmanın aylıq vəzifə maaşı 3 060 manatdan 12 min manata qaldırılıb. Qanun qüvvəyə minənədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Dəyişikliyə əsasən, əməkhaqqının 2026-ci il yanvarın 1-dən hesablanması nəzərdə tutulur.
E.Paşasoy,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ