Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brikrinqdə Avropa ölkələrindən Kalininqrad vilayətinin mümkün blokadası ilə bağlı səslənən fikirlərə sərt münasibət bildirib.
Musavat.com xəbər verir ki, Kreml rəsmisi rusiyalı diplomatların Avropadakı "qızğın başlara" Kalininqradın blokadaya alınacağı təqdirdə veriləcək nüvə cavabının artıq dövlətin rəsmi normativ sənədlərində dəqiq əks olunduğunu xatırlatdıqlarını vurğulayıb.
Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bir sıra digər mühüm beynəlxalq və daxili məsələlərə də toxunub. Rusiya rəsmisi ölkədə siyasi məhbusların olması iddiasını kəskin şəkildə təkzib edərək, onların azad edilməsi qarşılığında sanksiyaların yumşaldılması mövzusunun heç bir halda müzakirə obyekti olmadığını bəyan edib.
Mətbuat katibi əlavə edib ki, Rusiya tərəfi Qərbdə Kalininqradın blokadaya alınması planları ilə bağlı səsləndirilən çılğın bəyanatları diqqətlə qeydə alır və onlara adekvat reaksiya verir. Bununla yanaşı, Rusiya və ABŞ-nin xüsusi xidmət orqanlarının məhbusların dəyişdirilməsi məsələsi üzrə müntəzəm təmasları davam etdirdiyi, Moskvanın isə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya lideri Vladimir Putinə verdiyi yüksək qiymətə görə minnətdar olduğu diqqətə çatdırılıb.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ