Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, futbol üzrə dünya çempionatında İspaniya millisi Fransanı məğlub edərək turnirin finalına yüksələn ilk komanda olub. Dallas stadionunda baş tutan gərgin yarımfinal qarşılaşmasında ispanlar rəqibini 2:0 hesabı ilə üstələyiblər. Qolları 22-ci dəqiqədə penaltidən Mikel Oyarsabal və 58-ci dəqiqədə Pedro Porro rəqib qapısından keçiriblər.
Musavat.com xəbər verir ki, Fransa yığmasının bu məğlubiyyətindən dərhal sonra paytaxt Parisdə kütləvi iğtişaşlar alovlanıb. Çempionatla vidalaşmağı həzm edə bilməyən qəzəbli etirazçılar küçələrə axışaraq asayişi pozmağa başlayıblar.
Parisin bir çox mərkəzi nöqtələrində polislə nümayişçilər arasında toqquşmaların yaşandığı, bəzi ərazilərdə mağazalara və ictimai iaşə obyektlərinə ziyan vurulduğu bildirilir. Hüquq-mühafizə orqanları iğtişaşçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib.
@@TVmusavat/150900@@
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ