İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban və Babiş Avropa parlamentində birləşdilər

Macarıstanın baş naziri Viktor Orban, ifrat sağçı Avstriya Azadlıq Partiyasının lideri Herbert Kikl və Çexiyanın keçmiş baş naziri Andrej Babis Avropa Parlamentində yeni sağçı qrupun qurulduğunu elan ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, onların Vyana görüşündən sonra məlum olub.

Orban, Babiş və Kikl “Avropanın gələcəyi üçün vətənpərvərlik manifestini” yekunlaşdıraraq, Avropa İttifaqının “avropalılara qarşı çevrildiyini və indi millətlərin, regionların və kiçik icmaların iradəsinə zidd olan maraqları təmsil etdiyini” bəyan ediblər.

Macarıstanın baş nazirinin sözlərinə görə bu ilin iyunun 9-da Avropa Parlamentinə seçkilərdən sonra Avropada “yeni dövr başlayır”.

“Avropada ən güclü sağçı koalisiya olacaq qrup yaratmaq məsuliyyətini öz üzərimizə götürürük... İndi qarşınızda ən güclü Avstriya, Macarıstan və Çexiya sağçı qüvvələri oturub”, -deyə o əlavə edib.

Qeyd edək ki, Avropa Parlamentinin fraksiyaları iyulun 15-dək adlarını və tərkibini açıqlamalıdırlar. Fraksiya qurulması üçün ən azı 7 AB ölkəsindən  23 deputat olmalıdır. Beləliklə, Orban, Babis və Kikl ittifaqı hələ ən azı dörd Aİ ölkəsinin avropalı parlamentarilərindən dəstək almalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR